“Kətaib Hizbullah” Yaxın Şərqdəki Amerika bazalarına hücumların yenidən başlaması ilə bağlı xəbərləri təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə İranyönlü İraqın teleqram kanalı “Sabereen” yazıb.
“Son 48 saat ərzində “Kətaib Hizbullah” nə rəsmi internet saytlarında, nə də nümayəndələri vasitəsilə bir dəfə də olsun açıqlama verməyib… və mediada yayılan hər şey saxtadır”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az