Rusiyanın gənclərdən ibarət yığmasının 21 yaşlı voleybolçusu sevgilisindən ayrıldığı üçün intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qız 16-cı mərtəbəyə qalxıb və daha sonra onun meyiti təhsil aldığı universitetin yataqxanasının pəncərələrinin altında tapılıb. İdmançı hələ də sağ olub, lakin aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Zareçye-Odintsovo çimərlik voleybolu komandasının baş məşqçisinin sözlərinə görə, Arina Mixaylina ölümündən əvvəl sevgilisi ilə ayrılıb.
“Bu, bir gəncdən ayrılması səbəbindən intihardır. Onlar faciə baş verən gün ayrılıblar”, – o deyib.
Mixailina 2018-ci ildə 17 yaşadək qızlar arasında Rusiya çempionatının qalibi olub, həmçinin 2019-cu ildə Tələbə Spartakiadasında bürünc medal qazanıb.
Xuraman Etibarlı
İnterpress.az