Azərbaycan xarici siyasətində balans siyasəti yeridir. Ancaq artıq müəyyən dəyişikliklər baş verib.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya dünənki səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü şərh edən konfliktoloq Elman Vəliyevin İnterpress.az-a açıqlamasında yer alıb.
Politoloqun fikrincə, Azərbaycan siyasətində balansa üstünlük verir.
“Azərbaycan xarici siyasətində balans siyasəti yeridir. Ancaq artıq müəyyən dəyişikliklər baş verib. Siyaset tərəzisinin Rusiya gözünə iki daş qoyub.
Qərb dairələri Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən yavaş-yavaş çıxardırlar.
Rusiya isə regionda önəmli aktor Azərbaycan olduğu üçün ona daha çox üstünlük verdi. Azərbaycan da öz növbəsində Rusiyanı seçdi. Əgər ikiləmədə Rusiyanı seçməsə idi, istədiklərini ala bilməyəcəkdi, – Vəliyev bildirib.
Onun sözlərinə görə, Ermənistan KTMT-ni də tərk edəcək və Rusiya bazasını çıxartmağa çalışacaq. Azərbaycan isə Qərbidən tam uzaqlaşmamalıdır.
“Ermənistan KTMT-ni də tərk edəcək və Rusiya bazasını çıxartmağa çalışacaq. Ermənistan üçün artıq Qərbi Avropa və Amerika var! Lakin o vaxta kimi Azərbaycan istədiklərini alacaq.
Azərbaycanın digər aktorları “ignor” edib Rusiyanı seçməsi balans siyasətində maneələr törədə biləcək potensialdadır. Azərbaycan həm də Qərbə önəmli bazar kimi baxmalıdır. Rusiyanın gələcəyi müəmmalıdır”, – konfliktoloq vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az