Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi Rusiya Federasiyası müdafiə nazirinin müavini Timur İvanovun saxlanılıb.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı (rüşvət alma) maddəsi ilə təqsirli bilinən Rusiya Federasiyası müdafiə nazirinin müavini İvanov Timur Vadimoviç saxlanılıb”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az