Avropa Komissiyası 2027-ci ilə qədər nəzərdə tutulan ümumi həcmi 50 milyard avro olan proqram çərçivəsində Ukraynaya 1,5 milyard avro məbləğində büdcə yardımının növbəti tranşını köçürüb.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.
“Avropa Komissiyası fond çərçivəsində Ukraynaya 1,5 milyard avro məbləğində fövqəladə maliyyələşdirmənin ikinci tranşını köçürüb”, – məlumatda qeyd edilib.
Vurğulanıb ki, 2024-cü ilin ilk üç ayı üçün 4,5 milyard avroluq ilk tranş mart ayında ödənilib.
Qeyd edilib ki, yeni tranşın köçürülməsindən sonra Aİ-dən Kiyevə yardımın ümumi məbləği onun hesablamalarına görə 98,5 milyard dollara yüksəlib.