Həkimlər səhər yeməyini yeməyənlərə insult riski barədə xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, kardioloq Kseniya Yeruslanova bu barədə xəbərdarlıq edib.
O bildirib ki, səhər yeməyindən mütəmadi olaraq imtina etmək insult riskini artırır, axşam yeməkləri isə infarkta səbəb olur.
Mütəxəssisin sözlərinə görə, əgər insan səhər saatlarında gecikdiyinə və ya nə iləsə məşğul olduğuna görə yemək yeməyə vaxt tapmırsa, o zaman onun orqanizmində stress hormonu – kortizol əmələ gəlir.
“Bu steroid xarakterli qlükokortikoid hormonu iltihab proseslərini başladır, aterosklerotik lövhələrin böyüməsini stimullaşdırır, bu da ürək və qan damarlarında problemlərə səbəb olur”, – Yeruslanova.deyib.
Kardioloq hesab edir ki, qidaya şüurlu şəkildə məhdudiyyətlər qoyan insanlar – məsələn, aralıq oruc tutan və ya dini oruc tutanlar mənfi nəticələr hiss etməyəcəklər.
Yeruslanova bunu onunla izah edib ki, belə insanlar zehni olaraq yeməkdən yayınmağa hazırlaşırlar, ona görə də onların orqanizmində aterosklerotik lövhələrin əmələ gəlməsinin qarşısını alan mexanizmlər işə salınır.
Bundan əlavə, şüurlu şəkildə yeməkdən imtina otofagiya prosesini başladır. Bu müddət ərzində hüceyrələr zədələnmiş komponentlərdən təmizlənir.
Həkimin fikrincə, bu, sərbəst radikalların fəaliyyətini azaltmağa və qocalma prosesini ləngitməyə kömək edir.
Xuraman Etibarlı
İnterpress.az