Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıbbackend

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.

İnterpress.az “Reuters”ə istinadən xəbər verir ki, Almaniya və Fransanın müdafiə nazirləri anlaşma memorandumu imzalayıblar.

Almaniyanın müdafiə naziri Boris Pistorius protokolu əhəmiyyətli addım adlandırıb.

Xatırladaq ki, 2017-ci ildə Berlin və Paris Fransanın rəhbərliyi altında ümumi dəyəri təxminən 100 milyard avroya başa gələn birgə döyüş təyyarəsi, həmçinin Almaniyanın “Leopard 2” və Fransanın “Leclerc”ni əvəz edəcək fransız-alman tankı üzərində işləmək barədə razılığa gəliblər. Lakin hər iki layihə fikir ayrılıqları və gecikmələrlə üzləşib.

Bu gün imzalanan anlaşma memorandumunda iki tərəf işin istehsalçılar arasında bölüşdürülməsi üçün qarşıdakı yol haqqında razılığa gəlib və ilin sonuna qədər ilk müqavilələrini imzalamağa ümid edirlər.