ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,36 dollar artaraq 60,26 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,72 dollar azalaraq 51,93 dollar təşkil edib.
“Bloomberg” agentliyin yaydığı məlumata görə, “qara qızıl”ın qiymətindəki hazırkı artım yaxın perspektivdə davamlı olacaq.
Artımın əsas səbəbi kimi, fevralın 12-də Minskdə “normand dördlüyü” tərəfindən Ukrayna münaqişəsinin həll istiqamətində əldə olunan razılıq göstərilir.
İnterpress.az