Ursula fon der Leyen İCAZƏ VERDİ: TikTok Avropa İttifaqında BLOKLANACAQbackend

Ursula fon der Leyen İCAZƏ VERDİ: TikTok Avropa İttifaqında BLOKLANACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ursula von der Leyen TikTok-un Avropa İttifaqında bloklanmasına icazə verib.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Maastrixtdəki debat zamanı bildirib. Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqında TikTok xidmətinə qadağa istisna deyil.

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, “AK dünyada bunu edən ilk təşkilat oldu”.

O, həmçinin əlavə edib ki, Avropa Komissiyası dünyada ilk dəfə öz işçilərinə iş telefonlarına TikTok quraşdırmağı qadağan edib.

Qadağa keçən ilin fevralında qüvvəyə minib.

Xuraman Etibarlı

İnterpress.az