ABŞ Husilərin pilotsuz təyyarəsini vurdu – CENTCOMbackend

ABŞ Husilərin pilotsuz təyyarəsini vurdu – CENTCOM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Husilərin pilotsuz təyyarəsini vurub.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X (keçmiş Twitter) səhifəsində yayıb. CENTCOM bildirib ki, bazar ertəsi ABŞ ordusu ABŞ-nin “USS Philippine Sea” və “USS Laboon” hərbi gəmilərinə doğru hərəkət edən bir pilotsuz uçuş aparatını vurub.

“CENTCOM qüvvələri husilər tərəfindən  Qırmızı dənizdə USS Laboon və USS Filippin gəmisi istiqamətinə buraxılan bir pilotsuz uçuş aparatını uğurla məhv edib”, – məlumatda deyilir.

CENTCOM həmçinin qeyd edib ki, husilər Malta bayrağı altında üzən Yunanıstana məxsus “Cyclades” gəmisinə Qırmızı dənizdə üç gəmi əleyhinə ballistik raket və üç PUA atıblar.

Ticarət gəmisinə, koalisiyaya və ABŞ gəmilərinə zərər dəymədiyi qeyd edilir. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Xuraman Etibarlı

İnterpress.az