Ağır yanıq xəsarətləri alan qadın ölüb.
İnterpress.az xəbər verir ki, aprelin 18-də qeyri-rəsmi münasibətdə olduğu 2002-ci il təvəllüdlü Röyal Tağıyev tərəfindən üzərinə benzin tökülərək yandırılan 1990-cı il təvəllüdlü, Şəmkir rayon sakini Türkanə Məmmədova müalicə aldığı xəstəxanada həyatını itirib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb./Oxu.Az