Bəluc təşkilatının lideri: “Biz İran təhlükəsizlik qüvvələrini pula görə öldürürük” – VİDEObackend

Bəluc təşkilatının lideri: “Biz İran təhlükəsizlik qüvvələrini pula görə öldürürük” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Pakistanda təhsil almışıq, İran təhlükəsizlik qüvvələrini pula görə öldürürük”.

İnterpress.az “Gərgin” kimi tanınanİranın “Tasnim” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Bəluc paramiliter təşkilat liderinin şəriki Ənsar Əl-Furqan Qənbərzahi deyib.

“Biz Pakistanda lazımi təlim aldıq və əməliyyatlar aparmaq üçün Zahedan (İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyaləti) ətrafına gəldik.

Daha çox pul qazanmaq üçün daha çox insan öldürdük. Mən bütün cinayətlərə görə 26 dollar aldım”, – Qənbərzahi bildirib.

Qeyd olunur ki, son 2 il ərzində təşkilat “İslam Respublikası polisinə qarşı onlarla təhlükəsizlik qüvvələrinin ölümü ilə nəticələnən 16 əməliyyat keçirib”, – “Tasnim” qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az