Qüdsdə bıçaqlı hücum olub, bir polis məmuru yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb. Bildirilir ki, İsrailin Qüds şəhərində terror aktı törədilib, bir polis yaralanıb.
Zərərsizləşdirilən hücumçunun Türkiyə vətəndaşı olduğu qeyd edilir.
O, İordaniyadan Allenbi körpüsü (İordan çayının qərb sahili ilə İordaniya arasında sərhəddə yerləşən keçid məntəqəsi) vasitəsilə İsrailə daxil olub.
Xuraman Etibarlı
İnterpress.az