İran Rusiyaya silah tədarükünü azaldacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa kəşfiyyat xidmətlərinin ruporu olan “Intelligence Online” məlumat yayıb.
Nəşr yazır ki, Ukrayna kəşfiyyat xidmətlərinin məlumatına görə, İran “Şahed” pilotsuz təyyarələri və onların ehtiyat hissələri də daxil olmaqla, döyüş sursatı tədarükünü azaldır.
Təchizatların azalmasına səbəb kimi İran və İsrail arasında yenidən gərginlik göstərilir.
Məqalədə qeyd olunur ki, “İsraillə yeni münaqişə yaranarsa, Tehran öz ehtiyatlarını bərpa etmək istəyəcək”.
Xuraman Etibarlı
İnterpress.az