Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var.
İnterpress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasov deyib.
O bildirib ki, biz bu sahədə davamlı olaraq maarifləndirmə işləri aparırıq, reanimatoloqlar ilə təlimlər keçirik:
“Hazırda Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçən insanlar var, lakin onların sayı çox azdır”.