Ən zəhmətkeş əhalisi olan ölkənin adı AÇIQLANDIbackend

Ən zəhmətkeş əhalisi olan ölkənin adı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ən zəhmətkeş əhalisi olan ölkənin adı açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb. Ən zəhmətkeş insanların olduğu ölkələrin reytinqində Almaniya birinci yeri itirib.

Analitiklər ildə adambaşına düşən iş saatının sayını hesablayıblar və ölkəni aşağıdan beşinci yerə düşürüblər.

Son məlumatlara görə, Yeni Zelandiya ən çalışqan ölkə olub. Liderlər həmçinin Çexiya, Avstraliya, Polşa və ABŞ-dir.

Statistikanı alman mütəxəssisləri də təsdiqləyib. Onlar qeyd ediblər ki, hazırda hər bir alman həftədə təxminən 34,7 saat işləyir. Bu göstərici Almaniya tarixində ən aşağı göstəricidir.

Ölkə sakinləri getdikcə daha çox məzuniyyət və xəstəlik məzuniyyəti alırlar, müddəti daim artır. Bundan əlavə, çoxları part-time işləyir. Bu baxımdan Almaniyada əmək məhsuldarlığı 1970-ci ildən dörd dəfədən çox azalmışdır.

Analitiklər gərgin işin azalmasının səbəblərindən biri kimi Almaniyanın vergi sistemini göstəriblər.

Nəşr yazır ki, ölkədə yüksək gəlir kifayət qədər böyük vergiyə məruz qalır, bu səbəbdən almanlar daha az işləməyə üstünlük verirlər.

Xuraman Etibarlı

İnterpress.az