Ege Hospitalda şəhid anasına qarşı HÖRMƏTSİZLİK: “Oğlunuzun şəklini yaxanıza asıb adından istifadə etməyin”backend

Ege Hospitalda şəhid anasına qarşı HÖRMƏTSİZLİK: “Oğlunuzun şəklini yaxanıza asıb adından istifadə etməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhid anasına qarşı həkim tərəfindən hörmətsizlik olub.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Tofiq Şahmuradov sosial şəbəkədə verib. Vətən müharibəsi şəhidi, “Qarabağ” ordenli gizir “Mixaylo” ləqəbli Mehti Şıxəliyevin anasına qarşı Ege Hospitalda hörmətsizlik edilib.

Qəhrəman şəhidimizin anası qardaşını göndərişlə Ege Hospitala həkim İbrahim Qulamovun müayinəsinə aparıb.

O, hər kəs kimi növbəsini gözləyib. Həkim İbrahim Qulamov Şəlalə ananın yaxasında oğlu Mehtinin şəklini görüb və ananı həkim adına yaraşmayan sözlərlə incidib:

“Oğlunuzun şəklini niyə yaxanıza asmısınız?! Ruhuna ağır gedər, adından istifadə etməyin!”.

Qeyd edək ki, Şəlalə ana heç vaxt, heç yerdə şəhid adından istifadə etməyib, Mehtinin şəkli hər zaman yaxasında olur. O, bununla həm təskinlik tapır, həm də qürur duyur.

“Həkim”in ürək bulandıran sözlərindən Şəlalə ana pis olub və sakitcə “mən onunla fəxr edirəm” deyib.

Bundan sonra ana yenidən növbə gözləyib. Növbəsi çatanda qardaşıyla otağa daxil olub.

Qardaşı bacısını incitdiyinə görə həkimə irad bildirib.

“Sizin nə işinizə qalıb ana oğlunun fotosunu yaxasına asır, ya asmır. Sizdən icazə alacaq? Statusundan istifadə etmədiyi halda siz nə ixtiyarla ona irad bildirirsiz? Siz vəzifə borcunuzu yerinə yetirin və müayinənizi edin”, – şəhidin dayısı deyib..

Bundan sonra isə həkim daha bir hörmətsizlik edib və həkim borcunu yerinə yetirməyib.

Şərəfsizliyin pik nöqtəsində olan İlqar Qulamov onları “mədəni” surətdə otaqdan qovub.

“Baxmıram sizə, sizi müayinə etmirəm”, – həkim adına xələl gətirən İlqar Qulamov deyib.

Şəhidimizin anası Bakıya Şirvandan (Hacıqabul) gəldiyi üçün vaxt itirməmək xatirinə başqa klinikaya üz tutub, orada isə həmin cihazdan olmayıb. Onlar kor-peşman Şirvana geri qayıdıblar.

Həddini aşan “həkim” üzr də istəməyib.

İnterpress.az