“Dövlətlərarası yolların bağlanması problemin həlli üsulu deyil, bunu edə bilməzsiniz” – Arşakyanbackend

“Dövlətlərarası yolların bağlanması problemin həlli üsulu deyil, bunu edə bilməzsiniz” – Arşakyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlətlərarası avtomobil yollarının bağlanması problemlərin həlli üsulu deyil”.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından parlamentin vitse-spikeri Akop Arşakyan müzakirə zamanı deyib.

O bildirib ki, dövlətlərarası avtomobil yollarının bağlanması problemlərin həlli deyil.

“Vətəndaşların bəziləri, hansının olduğunu dəqiqləşdirmək istəmirəm, həqiqətən narahatdırlar. Onların sayı azdır, lakin mövcuddur.

Yolu bağladılar, mən bunu qəbul etmirəm. Dövlətlərarası avtomobil yolunun bağlanması problemin həlli deyil. Siz bunu edə bilməzsiniz”, – Arşakyan vurğulayıb.

“Yerkrapa” Könüllülər Birliyinin avtomobili ilə etiraz aksiyası iştirakçılarını vuran insidenti şərh edən Arşakyan xüsusilə deyib:

“Sürücünün keçmək hüququ var idi. Yolu bağlayan insanlar bu avtomobilə hücum edərək onu zədələyiblər”.

Xuraman Etibarlı

İnterpress.az