Erməni keşiş yenə Kirants kəndinə BURAXILMADIbackend

Erməni keşiş yenə Kirants kəndinə BURAXILMADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxiyepiskop Baqrat Qalstanyan yenə Kirants kəndinə buraxılmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın, “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyanın, “Ermənistan dövlətçiliyi uğrunda” koordinasiya mərkəzinin təsisçisi, politoloq Suren Petrosyanın Kirants kəndinə girişi yenidən qadağan edilib.

“Mən, Suren və Qarnik Danielyan Kirantsa getmək, kənd sakinləri ilə söhbət etmək, işlərin necə olduğunu öyrənmək niyyətində idik. Amma polisimiz hesab edir ki, biz onların mərhəmətinə qalmışıq.. asayiş keşikçiləri, bizə deyirlər – yox, gedə bilməzsiniz. Möhtəşəmdir”, – arxiyepiskop deyib.

Xatırladaq ki, dünən səhər saatlarından polis əməkdaşları Kirants kəndinin girişlərini bağlayıb. Oraya yalnız pasportu olan Kirants sakinləri buraxılır.

Xuraman Etibarlı

İnterpress.az