Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində son bir həftədə qızılcadan ölənlərin sayı 42-ə çatıb.
İnterpress.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami məlumat verib.
“Peyvəndləmə aparmaq üçün bölgələrə həkim qrupları göndərilib”,-deyə o bildirib.
O əlavə edib ki, qızılca xəstəliyinin əlamətləri olan 200-ə yaxın xəstə müəyyən edilib.
Nigeriyanın şimalında demək olar ki, hər il qızılca epidemiyası baş verir.