Ermənistanda doğum səviyyəsi azalır.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan Milli Statistika Komitəsinin dərc etdiyi məlumatlar sübut edir.
Ermənistanda 2024-cü ilin yanvar-mart aylarında doğum səviyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% azalıb.
Bildirilir ki, hesabat dövründə 8059 uşaq doğulubsa, 2023-cü ilin 3 ayında 8802 yeni doğulmuş körpə olub.
Eyni zamanda, bu dövrdə 114 ölü doğuş faktı qeydə alınıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,5% çoxdur.
Ümumilikdə, 2024-cü ilin birinci rübündə ölkədə 7104 nəfər ölüb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur.
O da qeyd edilir ki, əhalinin təbii artımı 955 nəfər olub, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% azdır.
Xuraman Etibarlı
İnterpress.az