Dağıstanda Müftiliyi tənqid edən din xadiminin EVİ YANDIbackend

Dağıstanda Müftiliyi tənqid edən din xadiminin EVİ YANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda Müftiliyi tənqid edən din xadimi Əhməd Batluxskinin evi yanıb.

İnterpress.az xəbər verir ki, Batluxskinin özü baş verənlərə görə Müftiliyi günahlandırıb və bildirib ki, onlar “onu bu yolla dayandırmağa çalışırlar”.

Qeyd edək ki, aprelin əvvəlindən sosial şəbəkələrin Dağıstan seqmentində din xadimi Batluxskinin Müftiliyi səlahiyyətlərindən sui-istifadə etməkdə və digər qanunsuz hərəkətlərdə ittiham etdiyi müraciətlər yayılıb.

Onu Dövlət Dumasının deputatı Umaxanov dəstəkləyib. Bundan sonra cəmiyyət 2 düşərgəyə bölünüb – bəziləri Müftiliyə, digərləri isə Batluxskiyə dəstək veriblər.

Dağıstanın müftisi Əhməd-Əfəndi özü də baş verənlər fonunda açıqlama verib və qeyd edib ki, “düşmənlər Müftiliyi gözdən salmaqla respublikada vəziyyəti sarsıtmaq istəyirlər”.

Xuraman Etibarlı

İnterpress.az