İrəvanda mitinq ərəfəsində polis əlavə qüvvələr yeridib.
İnterpress.az xəbər verir ki, hökumət binası qarşısında azı 500 polis növbəsi düzülüb. Bütün giriş-çıxışları qoruyurlar.
“Vətən naminə Tavuş” etiraz hərəkatının mitinqi ərəfəsində polis Melik-Adamyan küçəsinə əlavə qüvvələr yeridib.
Hökumət binasının əsas girişini altı sıra polis qoruyur.
Xuraman Etibarlı
İnterpress.az