“Ermənistanda baş nazir postuna namizədlərin adları müzakirə olunur” – Qalstanyanbackend

“Ermənistanda baş nazir postuna namizədlərin adları müzakirə olunur” – Qalstanyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri postuna namizədin müxtəlif adları müzakirə olunur.

İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bunu mayın 10-da İrəvanın Respublika meydanında jurnalistlərlə söhbətində arxiyepiskop Baqrat Qalstanyan deyib.

O bildirib ki, Azərbaycanla demarkasiya prosesinin dayandırılması barədə danışmağı planlaşdırırlar.

“Xalqın tələbi belə idi. Mən sadəcə olaraq xalqın tələbini səsləndirdim və formalaşdırdım.

Daha irəli gedə bilməyəcəyimiz kritik həddə çatdıq. Parçalanmış, təminatsız, heç bir daxili və xarici təhlükəsizliyi olmayan ölkəmiz sadəcə bir torpaq parçasına, əraziyə çevriləcək. İnsanların burada yaşamaq istəyəcəyini düşünmürəm. Baş verənlərə görə bütün məsuliyyət səlahiyyətlilərin üzərinə düşür. Onlar bu prosesi dayandırmaq üçün bütün vasitələrə əl atmalıdırlar. Ona görə də bu insanlar getməlidirlər”, – Qalstanyan bildirib.

O, baş nazir postuna kiminamizəd gördüyünü barədə də danışıb.

“İndi, fikrimizcə, hər şey siyasi xadimlərin məsləhətləşmələrinin nəticələrinə əsasən planlaşdırılmalıdır. Dünən parlament üzvləri ilə görüşməyə çalışdıq ki, proseslər necə gedə bilər. Onlar prosesi davam etdirməyə hazırdırlar və qanuni şəkildə başa çatdırmağa çalışırlar. O zaman baş nazirliyə namizəd lazım olacaq. Yəqin ki, bundan sonra hər şey açıqlanacaq.

Adlar təbii olaraq müzakirə olunur, müxtəlif adlar müzakirə olunur. Bu gün, sabah, o biri gün əməli addımlar günüdür”, – keşiş deyib.

Qalstanyan vurğulayıb ki, baş nazirin adı ilə bağlı hələ də razılıq yoxdur.

“Parlamentdə fraksiyalar müzakirə olunacaq, müəyyən məsləhətləşmələr aparılacaq, bütün siyasi meydan bu şəxsin ətrafında birləşəcək və onun kim olduğu açıqlanacaq. Parlamentdəki yalnız iki müxalifət fraksiyası ilə, fraksiya ilə müzakirələr aparılır. Hakim “Mülki Müqavilə” partiyasının bu günə qədər heç bir əlaqəsi yoxdur”, – Qalstanyan qeyd edib.

Qeyd edək ki, baş nazirə etimadsızlıq göstərilməsi ilə bağlı parlamentin qərar layihəsi yalnız qərar layihəsi ilə eyni vaxtda yeni baş nazirin namizədliyi təklif edilərsə, deputatların ümumi sayının azı üçdə biri tərəfindən təqdim edilə bilər.

Xuraman Etibarlı

İnterpress.az