Tacikistandan olan yüzdən çox miqrant Rusiyada əmək patenti ALA BİLMƏYİBbackend

Tacikistandan olan yüzdən çox miqrant Rusiyada əmək patenti ALA BİLMƏYİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 7-də Tacikistandan olan yüzdən çox miqrant Sankt-Peterburqda əmək patenti ala bilməyib.

İnterpress.az xəbər verir ki,bu barədə mayın 8-də miqrantlardan “Ozodi” radiosuna bildirib.

Tacikistandan olan yüzdən çox miqrant mayın 7-də Sankt-Peterburqda əmək patenti ala bilməyib və mayın 21-də gəlmələri barədə göstəriş verilib.

Mövcud vəziyyətlə bağlı rəsmi şərh yoxdur. Miqrant işçilər mayın 8-də bildiriblər ki, “əsasən imtinalar heç bir əsas olmadan Tacikistan vətəndaşlarının müraciətlərinə verilir”.

Miqrantların bir qismi patent almaq və ya qüvvədə olma müddətini uzatmaq üçün üçüncü dəfə Sankt-Peterburqun Vahid Miqrasiya Mərkəzinə gəlsələr də, nəticəsi olmayıb.

“Heç kim bizə niyə patent verilmədiyini belə izah etmir”, – tacik miqrant deyib.

Xuraman Etibarlı

İnterpress.az