Bu gün səhər tezdən Kirantsda yeri təyin edən cihaz vasitəsilə yenidən geodeziya işləri aparılır.
İnterpress.az xəbər verir ki, bu barədə yerli işçilər erməni mediasına bildiriblər. İşçilər deyiblər ki, onlar dolama yolun tikintisi üzərində işləyirlər.
“Gürcüstana gedən dövlətlərarası yolun Kirants hissəsində körpü Azərbaycan tərəfdən keçir. Hökumət bəyan edib ki, 2-3 ay müddətində yeni dolama yol tikilməlidir”, – media qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az