Avropa fondları miqrantların Avropaya daxil olmasının qarşısını almaq üçün Şimali Afrikanın bir sıra ölkələrində hakimiyyət orqanlarının tez-tez zorakılıq əməliyyatlarına maliyyə dəstəyi verib.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazıb.
Məlumata görə, hər il onminlərlə miqrant Şimali Afrikanın səhra ərazilərinə və ya ucqar şəhərlərinə “sürgün edilir”. Bu təcrübə sistemli şəkildə demək olar həmişə qaradərili insanlara qarşı istifadə olunur və Aİ tərəfindən səssiz qarşılanır.
“Aİ sizə sərhədləri bağlamaq üçün pul verəndə siz öz ərazinizdəki qeyri-qanuni miqrantlardan qurtulmalı və ya heç olmasa onların həyatını çətinləşdirməlisiniz”, – Afrika üçün Avropa Fondu tərəfindən maliyyələşdirilən proqramlar üzərində işləmiş, amma adının açıqlanmasını istəməyən avropalı mənbə nəşrə deyib.
“El Pais”in əldə edə bildiyi məxfi sənədlərə əsasən, Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı bu təcrübədən xəbərdardır.