Cenevrədə BMT-nin bayrağı İran prezidenti və xarici işlər nazirinin xatirəsinə yarıya endirilib.
İnterpress.az xəbər verir ki, BMT-nin Cenevrədəki ofisi İranın şimal-qərbində helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsinə bayrağını yarıya qədər endirib.
Bu təşkilatın qərargahında BMT-yə üzv dövlətlərin bayraqları endirilib.
Xuraman Etibarlı
İnterpress.az