“Paşinyanın Baqrat Qalstanyanı həbs etdirəcəyini istisna etmirəm” – Erməni politoloqbackend

“Paşinyanın Baqrat Qalstanyanı həbs etdirəcəyini istisna etmirəm” – Erməni politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan “Vətən naminə” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanla məşğul olmaq barədə birbaşa göstərişlər verib.

İnterpress.az xəbər verir ki, bunu erməni mediasına politoloq Argişti Kiviryan deyib.

“Əgər vəziyyət dəyişməsə, o zaman onun (Paşinyan) həbslərə başlayacağını, o cümlədən Baqrat Qalstanyana münasibətdə də bundan istifadə edə biləcəyini istisna etmirəm.

Hakimiyyət öz məqsədlərini gizlətmir – kilsə institutunu məhv etmək. Bu, onların məhv edə bilmədiyi sonuncu institutdur. O, bütün digər qurumları, o cümlədən hüquq-mühafizə orqanlarını uğurla məhv edib.

Ancaq görünür, onlar tarixi yaxşı bilmirlər. Bilmirlər ki, erməni kilsəsi lazımi siyasi və diplomatik bacarıqlara malik olduğundan heç kim, hətta Stalin rejimi belə onu məhv edə bilməyib. Əgər totalitar rejim erməni kilsəsini məhv edə bilməyibsə, o zaman Paşinyan və onun tərəfdarlarının uğur qazanacağını düşünmürəm”, – Kiviryan qeyd edib.

O əmindir ki, Paşinyan kilsəni özünə “Vətən naminə” hərəkatı şəklində təhlükə kimi görür.

“Hakimiyyətin isteriyası məhz bunu göstərir. Arxiyepiskop Baqrat Qalstanyanın hərəkatı olmasaydı belə, Paşinyan nə vaxtsa kilsə məsələlərini öz üzərinə götürəcəkdi”, – Kiviryan bildirib.

Xuraman Etibarlı

İnterpress.az