Morqan Netanyahuya ÇAĞIRIŞ ETDİ: “Bunu indi dayandır”backend

Morqan Netanyahuya ÇAĞIRIŞ ETDİ: “Bunu indi dayandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Morqan Netanyahunu dayanmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə məşhur britaniyalı jurnalist və teleaparıcı Pirs Morqan X sosial şəbəkəsində yazıb.

Morqan yəhudi dövlətinin axşam saatlarında Rəfahdakı çadır düşərgəsində qaçqınlara hava zərbəsi endirməsi fonunda İsraili dayanmağa çağırıb.

“Gecə Rəfahdan olan səhnələr dəhşətlidir. Oktyabrın 7-dən sonra İsrailin özünümüdafiə hüququnu müdafiə etdim. Lakin qaçqın düşərgəsində saxlanılan bu qədər günahsız insanın öldürülməsi əsassızdır. Bunu indi dayandır, Netanyahu”, – teleaparıcı bildirib.

Xuraman Etibarlı

İnterpress.az