Rusiya erməni parlamentariləri Buça ilə bağlı siyahı paylaşmağa çağırıb.
interpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.
Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi iki ildir ki, orada öldürüldüyü iddia edilən şəxslərin siyahısını ala bilmir.
Rusiya erməni parlamentariləri Kiyevin onlara təqdim etdiyi Buçada öldürüldüyü iddia edilən şəxslərin siyahısını bölüşməyə çağırıb.
“Biz həqiqətən ümid edirik ki, Ermənistan tərəfi, rəsmi Ermənistan nümayəndə heyəti bu şəxslərin siyahısını Rusiya tərəfi ilə bölüşəcək”, – Zaxarova bildirib.
Xatırladaq ki, 2022-ci ilin aprelində Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfinin Kiyev vilayətinin Buça şəhərində Rusiya hərbçilərinin “cinayətlərini” göstərdiyi iddia edilən bütün foto və videoların “növbəti təxribat” olduğunu bildirmişdi.
Xuraman Etibarlı
İnterpress.az