“Hizbullah”ın Suriyadakı varlığı İsrailin ona qarşı həssaslığını artırıb”.
interpress.az xəbər verir ki, bu barədə “Sky News Arabia” Suriya hərbi mənbələrinə istinadən yazıb. Nəşr qeyd edir ki, “NƏsr” bölməsinin komandiri Taleb Abdullahın başına gələnlər İsrailin uğurlu əməliyyatının bir hissəsidir. Məlumatı və koordinatları, xüsusən də Suriya cəbhəsində “Hizbullah”ın mövcudluğu nəzərə alınmaqla toplanıb”.
“Hizbullah”ın Suriyada mövcudluğu və bu cəbhəni illərdir açıq saxlamaq istəyi təşkilatın liderlərini, döyüşçülərini və planlarını İsrailin kəşfiyyat imkanları qarşısında müdafiəsiz qoyub.
Xatırladaq ki, iyunun 12-nə keçən gecə “Hizbullah” yüksək rütbəli zabitlərinin öldürüldüyünü elan edib. Onların arasında “Hizbullah”ın “Nəsr” xüsusi qüvvələrinin komandiri, “Əbu Talib” kimi tanınan Taleb Abdullah da var.
Müharibə başlayandan zərərsizləşdirilən təşkilatın ən yüksək rütbəli komandirinə çevrildiyi qeyd edilib. Buna cavab olaraq, iyunun 12-də səhər saatlarında “Hizbullah” İsrailin şimalına hücum edərək təqribən 200 raketlə atəşə tutub.
Xuraman Etibarlı
İnterpress.az