Gürcüstanın XİN rəhbəri Aİ-nin qərarını “anlaşılmaz” adlandırıb.
interpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Aİ-nin ölkənin Müdafiə Nazirliyinə 30 milyon avro ayrılmasını dayandırmaq qərarını “anlaşılmaz” adlandırıb.
O vurğulayıb ki, bu, Gürcüstanın Aİ-yə inteqrasiyasına mane olmayacaq, çünki bu qərar “mikro səviyyədə qəbul edilib”.
Xuraman Etibarlı
İnterpress.az