Amerikalı erməni iş adamı, Reddit-in həmtəsisçisi Aleksis Ohanyan ona Laym xəstəliyi diaqnozu qoyulduğunu açıqlayıb.
interpress.az xəbər verir ki, bu barədə Ohanyan X-də yazıb.
Ohanyan diaqnozun onu təəccübləndirdiyini etiraf edib.
“Tam tibbi müayinələrdən, testlərdən və s. keçdikdən sonra mən Laym xəstəliyinə tutulduğumu öyrəndim. Amma mən sağalacağam”, – Ohanyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az