Fransada dəmir yolu şəbəkəsinə HÜCUMLAR OLDU – 800 min sərnişin vağzalda qaldıbackend

Fransada dəmir yolu şəbəkəsinə HÜCUMLAR OLDU – 800 min sərnişin vağzalda qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada dəmir yolu operatoru şəbəkəyə qəsdən bir neçə hücumun olduğunu açıqlayıb.

interpress.az xəbər verir ki, bu barədə Fransanın dəmir yolu operatoru SNCF məlumat yayıb. Bildirilib ki, gecə ərzində müxtəlif yerlərdə dəmir yolu şəbəkəsinə bir sıra qəsdən hücumlar edilib.

Məlum olub ki, Parisdə Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış xətlərin üç nöqtəsində yanğınlar başlayıb.

Nəticədə qatarlar başqa istiqamətlərə yönəldilir ki, bu da iki saata qədər gecikmələrə və bəzi reyslərin təxirə salınmasına səbəb olur.

Bəyanatda həmçinin qeyd olunub ki, yanğınlar təxribatdır və hərəkətlər “görünür, əlaqələndirilmişdir”.

Məlumata görə, Fransada 800 min sərnişin dəmir yolu şəbəkəsinə ziyan vurulduğu üçün vağzallarda qalıb.

Xuraman Etibarlı

İnterpress.az