Ukraynada çexiyalı muzdlu əsgər 7 il müddətinə azadlıqdan məhrum edilib.
interpress.az xəbər verir ki, məhkəmə Ukrayna Silahlı Qüvvələrinin çexiyalı muzdlu əsgərini Ukraynada talan etməkdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edib.
“27 yaşlı Filippe Siman beynəlxalq humanitar hüququ pozaraq döyüş bölgəsini və ölən hərbçiləri qarət edib”, –
məhkəmə qərar verib.
Eyni zamanda, Siman əvvəllər ittiham olunduğu prezidentin müvafiq icazəsi olmadan xarici orduda iştirak etməkdə ittiham olunmayıb.
Xuraman Etibarlı
İnterpress.az