İstanbulda İsrail vətəndaşının qətli – YENİ TƏFƏRRÜATLARbackend

İstanbulda İsrail vətəndaşının qətli – YENİ TƏFƏRRÜATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda İsrail vətəndaşının qətli: yeni təfərrüatlar ortaya çıxıb.

interpress.az xəbər verir ki, Rumıniya polisi İstanbulda güllələnərək öldürülən 30 yaşlı ərəb əsilli iş adamı və İsrail vətəndaşı Ənəs Abed əl-Kader və dostunun qətlində şübhəli bilinən 3 nəfəri saxlayıb.

Hadisədən sonra hücum edənlər əvvəlcə Bolqarıstana qaçıb, daha sonra Rumıniyaya keçiblər.

Qətlin səbəbi böyük maliyyə borcu, ehtimal ki, kriminal elementlər arasında münaqişə olub.

Türkiyə mediası əvvəlcə öldürülən şəxsin “mühafizəçisi və başqa bir şəxslə avtomobildə gedən fələstinli iş adamı” olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az