2014-cü ilin yekunu üzrə Azərbaycan 51 milyon dollar məbləğində 88 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular (planşet kompüterlər, radiotelefonlar və s.) idxal edib.
2013-cü illə müqayisədə keçən il Azərbaycana idxal edilən mobil telefonların sayı 6 faizdən çox azalıb, qiymətdə isə 22,4% artım müşahidə olunur.
Müqayisə üçün, 2013-cü ildə ölkəyə 94,5 mindən çox telefon gətirilib.
Dövlət Komitəsindən bildirilib ki, ölkəyə hər ay orta hesabla 7 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular idxal edilib. Mobil telefon bazarının aylıq həcmi 427 min dolları ötüb.
İnterpress.az