İran İsrailin diplomatik obyektlərinə hücum edə bilər.
interpress.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş rəhbəri, istefada olan general Makkenziyə istinadən yazır.
Bildirilir ki, İran HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin Tehranda öldürülməsinə cavab olaraq Afrika, Avropa və Latın Amerikasında İsrailin diplomatik obyektlərinə hücum edə bilər.
Onun sözlərinə görə, zəifliklərinə görə səfirliklər “asan hədəflər”dir.
Xuraman Etibarlı
İnterpress.az