Netanyahu hökumətə 24-48 saat ərzində HƏMAS tərəfindən 6 girovun öldürülməsinə qəti cavab tədbirləri görməyi tapşırıb.
interpress.az xəbər verir ki, bu barədə “İsrael Hayom” məlumat yayıb.
İsrailin baş naziri Netanyahu hökumətə 24-48 saat ərzində HƏMAS silahlıları tərəfindən 6 girovun öldürülməsinə cavab olaraq qəti tədbirlər görmək üçün tövsiyələr hazırlamağı tapşırıb.
Onun sözlərinə görə, HƏMAS-ın hərəkətlərinə reaksiya verilməsə, bu, “gələcəkdə oxşar zorakılıq aktlarının artmasına səbəb ola bilər”.
Xuraman Etibarlı
İnterpress.az