İsrail Borrellə eyham vurub ki, orada xoş qarşılanmır.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Aİ-nin Ali Nümayəndəsi Borrell sentyabrın 14-ü və 15-də İsrailə səfər etməyi planlaşdırdığını açıqlasa da, İsrail Xarici İşlər Nazirliyi ondan səfərin sonrakı tarixə təxirə salınmasını istəyib.
Mənbənin sözlərinə görə, bu, Borrellə onun İsraildə xoş qarşılanmadığını bildirməyin diplomatik yolu olub.
Nəşr qeyd edir ki, o, İsraildə xoş qarşılanmadığını bilirib və aldatmağa çalışıb. Belə ki, Borrell səfərə gəldiyini elan edib, səfəri əlaqələndirmədən və icazə istəmədən tarixləri dəqiqləşdirib.
“İsrail bunun təxribat olduğunu anlayıb və cavab olaraq səfər tarixlərinin uyğun olmadığını bildirib. Və bayramlardan sonra bu barədə razılığa gəlməyə çağırıb. Borrelin səlahiyyət müddəti oktyabrın sonunda başa çatdığından o, Aİ-nin ali nümayəndəsi kimi İsrailə səfər edə bilməyəcək”, – məqalədə qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az