Ukraynada Krım və Simferopol mitropoliti döyülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, Kiyevdə gecə saatlarında naməlum şəxslər Ukrayna Silahlı Qüvvələrində xidmət edən Krım və Simferopol Klementi mitropolitini döyüblər.
Jurnalist Andrey Tsapliyenko bildirib ki, Klement “Krım platforması”nın dəvəti ilə paytaxta gəlib. O, saat 23:00-da hücrəsi olan Müqəddəs Mixail monastırına doğru addımlayıb. Bu zaman 3 naməlum şəxs onu saxlayıb və döyməyə başlayıb.
Polis din xadiminə hücumun hansı şəraitdə baş verdiyini araşdırdıqlarını bildirib. Daha sonra əlavə məlumat verəcəklərini vəd ediblər.
Xuraman Etibarlı
İnterpress.az