Tokayev Türkiyə Müdafiə Nazirliyinin rəhbərini QƏBUL EDİBbackend

Tokayev Türkiyə Müdafiə Nazirliyinin rəhbərini QƏBUL EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Tokayev Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Güləri qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə Tokayevin “Akorda” mətbuat xidməti məlumat yayıb.

Ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tokayev Qazaxıstan və Türkiyə arasında strateji əməkdaşlığın və tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Gülər ​​öz növbəsində qeyd edib ki, Ankara Astana ilə münasibətləri qarşılıqlı etimad və dəstək ruhunda dərinləşdirmək niyyətindədir.

Xuraman Etibarlı

İnterpress.az