BMT-nin “Yoxsulluq həddindən aşağı: kasıblıq və qlobal su böhranı” adlı hesabatı doğurdan da ayaqyolları, sanitar qovşaqların yoxluğunun inkişaf etməkdə olan ölkələrdə ciddi problemə çevrildiyini göstərir.
BTM rəsmisi Kevin Uitkinsin məlumatına görə, planetdə 2,6 milyard insan qapalı ayaqyolundan (tualetdən) istifadə etmək imkanından məhrumdur. Digər tərəfdən, 1 milyarda yaxın sakin isə insan və heyvan ifrazatının qarışdığı su mənbələrindən içmək, yuyunmaq və yemək bişirmək üçün istifadə etməyə məcburdur.
BMT-nin hesabatına görə, inkişaf etmiş ölkələrin yarısında vətəndaşlar antisanitar şəraitə görə bir, yaxud bir neçə xəstəlikdən əziyyət çəkirlər. Onlar arasında diareya, vəba, vərəm, qurd xəstəliyi geniş yayılıb. Hər il bu xəstəliklər səbəbindən 2 milyondan artıq uşaq ölür.
Hesabatda başqa faktlar da öz əksini tapıb.
Məsələn, Keniyada insanlar öz ehtiyaclarını polietilen paketlərlə ödəyirlər və bu paketləri su kanallarına, yaxud küçənin ortasına atırlar. Bu praktikaya Afrikada “uçan tualet” deyirlər.
Hindistanda hər 1440 insana 1 tualet düşür və bu səbəbdən ölkədə güclü sel daşqınları olarkən küçələr insan ifrazatı ilə dolur. Ölkə sakinlərinin 800 milyonunun evində tualet olmadığı üçün onlar təbii ehtiyaclarını açıq yerlərdə – harda gəldi ödəməyə məcburdular.
İnsanların öz ehtiyaclarını ödəmək üçün çay qıraqlarında, əkin sahələrinə yaxın yerlərdə tualet qurmaları onların içdikləri su mənbələrinin də kəskin çirklənməsinə yol açır.(modern)
İnterpress.az