İsrailin şimalına KÜTLƏVİ HÜCUM: Təqribən 150 raket BURAXILDIbackend

İsrailin şimalına KÜTLƏVİ HÜCUM: Təqribən 150 raket BURAXILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hizbullah” İsrailin şimalına kütləvi hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

“Son bir neçə saat ərzində təqribən 150 raket buraxılıb. Onların bir çoxu raketdən müdafiə sistemi tərəfindən tutuldu, bəziləri açıq ərazilərə düşdü.

Nəticədə bir neçə şimal yaşayış məntəqəsində yanğınlar başlayıb və onların söndürülməsi istiqamətində işlər aparılır”, – nəşr yazıb.

“Hizbullah” hücumlara görə məsuliyyəti öz üzərinə götürərək, bunu İsrail ordusunun “gecə endirdiyi hava hücumlarının qisası” adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az