Yeni hündürmərtəbəli binaya köçmək rifahın pisləşməsinə səbəb olur.
İnterpress.az xəbər verir ki, bu barədə Lomonosov adına Moskva Dövlət Universitetinin Yuxu Təbabəti Mərkəzinin və “Rosizol” səs izolyasiyası sahəsində mütəxəssislər birliyiinin əldə etdiyi birgə araşdırmada deyilir.
Sorğu bu ilin sentyabrında yaşı 18-dən yuxarı olan 1,5 mindən çox rusiyalı arasında keçirilib.
Yeni evə köçdükdən sonra rusların yarısı daha əsəbi olur, daha tez yorulur, həmçinin yuxusuzluq və baş ağrılarından əziyyət çəkir.
Qıcıqlanmanın əsas mənbəyi təmirdən çıxan səs-küydür.
Yeni binalara köçən rusların 53% -dən çoxu sağlamlıqlarının pisləşdiyini bildirib.
Respondentlərin 23%-i daha da aqressivləşib, 11%-i isə yuxusuzluqdan əziyyət çəkməyə başladyıb.
“Novostroyka”da mənzilə köçdükdən sonra 8%-də baş ağrıları yaranıb, daha 8%-də yorğunluq və performansın azalmasından şikayətlənib, respondentlərin 3%-i isə daha tez-tez kabuslar görməyə başlayıb.
Bununla belə, tədqiqat iştirakçılarının 47%-i heç bir şikayət etməyib.
Xuraman Etibarlı
İnterpress.az