Xamenei Nəsrullahı gözlənilən sui-qəsd cəhdi ilə bağlı xəbərdar etməyə çalışıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, Ayətullah Xamenei Hizbullahın baş katibi Nəsrullahı gözlənilən sui-qəsd cəhdi ilə bağlı xəbərdar etməyə çalışıb.
Agentlik mənbələrə istinadən yazır ki, Livandakı hadisələrdən sonra Ayətullah Xamenei Nəsrullaha elçi göndərərək onu təcili İrana getməyə çağırıb. İran kəşfiyyatı Hizbullahda İsrail agentlərinin olduğunu bildirib.
Nəsrullahın yanına göndərilən SEPAH generalı Abbas Nilforuşan İsrailin hava hücumu nəticəsində Hizbullahın baş katibi ilə birlikdə eyni bunkerdə həlak olub.
Xuraman Etibarlı
İnterpress.az