Biz Hizbullahın yeni liderini vaxtında elan edəcəyik.
İnterpress.az xəbər verir ki, bunu öldürülmüş Hizbullah liderinin müavini Naim Kassem Səudiyyə telekanalı “Al Hadath”a deyib. O bildirib ki, Hizbullahın yeni liderini vaxtı çatanda elan edəcəklər.
“Biz təşkilati mexanizmlərə uyğun olaraq Hizbullah liderinin seçkisini başa çatdıracağıq və bunu vaxtında elan edəcəyik”, – Kassem qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az