ABŞ Livanda hakimiyyəti dəyişmək üçün ərəblərdən DƏSTƏK İSTƏYİRbackend

ABŞ Livanda hakimiyyəti dəyişmək üçün ərəblərdən DƏSTƏK İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Livanın yeni prezidentini seçmək üçün ərəblərdən dəstək istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Bildirilir ki, ABŞ dövlət katibi Blinken son günlər Qətər, Misir və Səudiyyə Ərəbistanı liderlərinə zəng edərək Livanın yeni prezidentinin seçilməsinə dəstək vermələrini xahiş edib,

Qeyd olunur ki, Bayden administrasiyası İsrailin Hizbullaha qarşı hücumundan “təşkilatın Livanda uzun müddətdir hökmranlığına son qoymaq üçün fürsət kimi” istifadə etməyə çalışır.

Məsələ ilə tanış olan Səudiyyə rəsmiləri ABŞ-nin Hizbullahı hakimiyyətdən uzaqlaşdırmaq təşəbbüsünün Səudiyyə Ərəbistanının dəstəyini qazandığını bildirib.

Misir və Qətər rəsmiləri Amerika planının qeyri-real və hətta təhlükəli olduğuna inandıqlarını bildiriblər. Misir həmçinin Livan siyasətinə müdaxilə cəhdlərinin “ölkədə daxili toqquşma riskini artıra biləcəyindən” narahatlığını ifadə edib.

Xuraman Etibarlı

İnterpress.az