Rusiyadan olan erməni əsilli müğənni Gürcüstanda etdiyi hərəkətlərə görə axtarılır.
İnterpress.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, Rostov-na-Donudan olan Qariko ləqəbli erməni müğənni Tbilisidə “Rusiyaya lənet olsun” yazısı ilə qraffiti rəngləyib və söyüş əvəzinə Rusiya bayrağı çəkib.
“Uşaqlar, anaya toxunmağa cəsarət edənlər, ona toxunmasalar yaxşıdır. Müqəddəs şeylərə toxuna bilməzsiniz”, – Qariko deyib.
Tbilisidən olan bu görüntülər internetdə yayılıb və artıq erməni müğənninin bloqunda yoxdur. Şərhlərdə gürcü istifadəçilər əsl adı Qaregin Movsisyan olan bu erməniyə lənət yazırlar.
Onun artıq Gürcüstanı tərk etdiyi iddia edilir və divardakı yazı yenidən söyüşlərlə dolub.
Xuraman Etibarlı
İnterpress.az